Dərc edilib: 21-10-2024

https://www.nuh.az/38911-.html

Cəfər MTK yanğın HOVUZU üzərində obyekt tikir- FHN, Nərimanov RİH hara baxır ?

21.10.2024 22:04:22

LIVE

Məlumdur ki, Yanğın  Su Hovuzu- Su Anbarı  ərazidə, təsərrüfat sahələrində, bina və qurğularda baş verə biləcək yanğınların operativ söndürülməsi üçün daimi su tələbini təmin etmək məqsədilə inşa edilmiş su tutumudur-su  anbarıdır.

 

Yanğınsöndürmə  QAYDALARINDA  konkret olaraq göstərilir ki, yanğınsöndürmə üçün nəzərdə tutulmuş su hovuzunun özünü və hovuzun suyunu başqa məqsədlər üçün istifadə etmək qadağandır!

Yanğın su hovuzunun tikintisi zamanı mühüm məsələlərdən biri də su sızmasının qarşısının alınması məqsədilə etibarlı hidroizolyasiya olunmasıdır. Yəni su  sızması  olmasın.

QAYDALARA   görə, yeraltı yanğın hidrantlarının  üstündə nəqliyyat vasitələrinin  saxlanılması OLMAZ.

Hətta  Qaydaların  2.1.6 bəndində yazılır:

Yanğın  su hovuzlrının üzərində  müvəqqəti obyekt   və qurğuların tikilməsinə  İCAZƏ  VERİLMİR. 

 

İndi isə gəlin görək  Nərimanov rayonu, Faiq Yusifov küçəsi 51  ünvanda  nələr baş verir ?

Məlumat üçün qeyd edək ki, köhnə Pekin-Çin, indiki  "Dəstərxan"   restoranına yaxın məsafədə yerləşən 16 mərtəbəli yaşayış  binasının 1-ci mərtəbəsində RAHAT MARKET yerləşir. Şəkildən göründüyü  kimi marketə bitişik ərazidə, YERİN  ALTINDA  Yanğın Su Hovuzu var.

Təsəsvvür  edirsiniz, BU  HOVUZ  əhalinin sıx məskunlaşdığı məkanda  bəlkə də yeganə  hovuzdur ki, yanğın söndürmə və qəza vəziyyətində xilas olmaq üçün nəzərdə tutulub.

Təəssüf ki, yazının girişində qeyd etdiyimiz rəsmi qaydalara  baxmayaraq hovuzun üzərində hansısa  obyekt tikilir.

Bizdə olan məlumata görə, obyekti  CƏFƏR MTK inşa edir. Nə məqsədlə  bilmirik. 

 

Görəsən  Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti, FHN-in  Bakı  Regional  Mərkəzi  ( rəis, cənab general-mayor Məhərrəm  Həsənov ), Nərimanov RİH, Bakı ŞİH hara baxır ?


Axı, QAYDALARDA   qeyd olunur ki, bu su hovuzlrının üzərində nəinki obyekt tikmək, hətta avtomobil saxlamaq olmaz.

İraq olsun, sabah hər hansı yanğın, yaxud qəza  baş verərsə, bu qədər əhalinin təhlükəsizliyinə görə  KİM MƏSULİYYƏT DAŞIYACAQ ?

Ümid edirik ki, müvafiq  dövlət qurumları qısa  zamanda tədbir görəcəklər.

Mövzu ilə bağlı   FHN-in  Bakı  Regional  Mərkəzi  ilə  telefon  (994 12) 512-12-26,(994 12) 512-12-61) əlaqəsi saxlayıb məlumat verdik. Cavab gözləyirik.

Mövzunu  gündəmdə saxlayacağıq.

Bizi izləyin.

NUH informasiya agentliyi səhifəsindən çap edilib