Milli Məclisdə SİQARETLƏ bağlı cərimə qəbul edildi - 700 MANAT CƏRİMƏ
Tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimənin məbləği artırılır.
“Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
Tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimənin məbləği 50 manatdan 300 manata qaldırılır.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.