Dərc edilib: 23-10-2024

https://www.nuh.az/38963-.html

Dönərxanalar cəmiyyətin bəlasına çevrilib - ŞOK AÇIQLAMA

23.10.2024 12:23:01

LIVE

Qeyd etdiyimiz kimi, “Dönər emalına və dövriyyəsinə dair sanitariya norma və qaydaları adlı” yeni texniki normativ hüquqi akt layihəsi hazırlanıb. Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
 
Bu barədə Moderator.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, hökumətin çoxsaylı bu kimi qərarları var. Hələ illər öncə dönərxanaların standartı barədə Standartlaşdırma, Metrologiya Patent üzrə Dövlət Komitəsi mövcud olanda standartlar qəbul olunub:
 
“Müəyyən tələblər nəzərə alınıb, lakin  hələ də dövlətin qəbul etdiyi bir çox sənədlər ayaqlar altına atılır. Çoxlu sayda belə misallar var: tütün və tütün məmulatı haqqında Qanun dəfələrlə dəyişdirilib. Radikallaşdırılıb ki, siqaretlərin tək- tək satışı , yerə tullanması qadağandır və sair. Biz görürük ki, qanuna əməl olunmur, yəni qanunu icra edən dövlət orqanları biganəlik göstərirlər”.
 
Eyyub Hüseynov hesab edir ki, yeni qəbul olunan akt ,əlbəttə, zəruridir:
 
“Lakin onu icra etmək əsasdır. Güman edirəm ki, Qida Təhlükəsizliyi Agentliyi özünün qəbul etdiyi normaların icrasına nəzarət edəcəkdir. Hər halda bu  yaxşı bir haldır, dəstəkləyirik. Biz  ictimai təşkilat olaraq əhali arasında təbliğat aparacayıq ki, normalar tələb olunsun. Dönərxanlar cəmiyyətin bir bəlasına çevrilibdir”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib