Dərc edilib: 23-10-2024

https://www.nuh.az/38973-.html

Belarusda prezident seçkilərinin tarixi açıqlandı

23.10.2024 17:44:44

LIVE

Belarusda Nümayəndələr Palatası (parlamentin aşağı palatası) ölkədə keçiriləcək prezident seçkilərinin tarixini açıqlayıb.

“Qafqazinfo” “Belta”ya istinadən xəbər verir ki, seçkilər 2025-ci il yanvarın 26-da baş tutacaq.

Ölkənin Mərkəzi Seçki Komissiyasının sədri İqor Karpenkonun sözlərinə görə, komissiya artıq seçki kampaniyasının başladılmasına hazırdır. 

Qeyd edək ki, Belarusda dövlət başçısı 5 il müddətinə seçilir. Respublikada sonuncu prezident seçkiləri 2020-ci il avqustun 9-da keçirilib. Bu zaman hazırkı Prezident Aleksandr Lukaşenko 80,1 faiz səslə qalib gəlib. Onun müxalifətdən olan rəqibi Svetlana Tixanovskaya isə 10 faiz səs toplayıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib