Dərc edilib: 23-10-2024

https://www.nuh.az/38982-.html

Ermənistandan GÖZLƏNİLMƏZ reaksiya: Türkiyədəki TERAKTI ...

23.10.2024 23:16:56

LIVE

Ermənistan Xarici İşlər Nazirliyi Türkiyədə törədilən terror aktını pisləyən bəyanat yayıb.


NUH.az   Axar.az-a istinadən xəbər verir ki, bəyanat Ermənistan XİN-in X sosial şəbəkəsində yerləşdirilib.

“Bu gün Ankarada baş verən hücum onu ​​göstərir ki, terrora və günahsız insanlara zərər verməyə heç bir bəraət yoxdur. Ermənistan, dəfələrlə qeyd edildiyi kimi, terrorizmin bütün formalarına və buna bənzər zorakı hərəkətlərə qarşıdır”, - bəyanatda qeyd olunub.

Xatırladaq ki, Ermənistan uzun illər Azərbaycana qarşı terror aktları həyata keçirib. Eyni zamanda ermənilər türk diplomatlara sui-qəsdləri ilə tanınırlar. Bu ölkənin bu və ya digər formada dəstək verdiyi onlarla erməni terror təşkilatı var.

Qeyd edək ki, Ankaranın Qəhrəmanqazan rayonunda dövlət aerokosmik şirkəti – TUSAŞ-ın binasının qarşısında iki partlayış baş verib, 3 terrorçu silahlı hücum edib. Nəticədə 4 nəfər ölüb, 14 nəfər yaralanıb. Terrorçulardan ikisi məhv edilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib