Dərc edilib: 24-10-2024

https://www.nuh.az/39008-.html

Ərdoğan terrora görə Təhlükəsizlik Şurasını topladı - Yenilənib

24.10.2024 22:12:11

LIVE

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu axşam Təhlükəsizlik Şurasını toplayacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Qeyd edilib ki, Prezident Təhlükəsizlik Şurasının iclasını İstanbulda Atatürk Hava Limanında keçirəcək.

Xatırladaq ki, dünən Ankarada TUSAŞ-ın istehsal zavoduna terror hücumu olub. Hadisə nəticəsində 5 nəfər həlak olub, 22-si yaralanıb. Terrorla bağlı Türkiyə Prezidenti BRICS sammitində iştirak etmək üçün getdiyi Rusiyanın Kazan şəhərindən İstanbula geri dönüb.

***

“TRT haber”in məlumatına görə, təhlükəsizlik şurasının iclası başa çatıb.

Toplantıda Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Güler, daxili işlər naziri Ali Yerlikaya, Baş Qərargah rəisi general Metin Gürak, MİT rəhbəri İbrahim Kalın, Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Fəxrəddin Altun, Prezident Administrasiyasının Müdafiə Sənayesi İdarəsinin (SSB) rəhbəri Haluk Görgün, Prezidentin Xarici Siyasət və Təhlükəsizlik üzrə Baş müşaviri Akif Çağatay Kılıç və AK Parti Sədrinin müavini və partiya sözçüsü Ömer Çelik iştirak ediblər.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib