Dərc edilib: 25-10-2024

https://www.nuh.az/39025-.html

Azərbaycanda 224 milyon manatlıq elektrik enerjisi yoxa çıxıb

25.10.2024 20:33:11

LIVE

Ötən il Azərbaycanda 2 milyard 238 milyon kVt-saat elektrik enerjisi itkiyə gedib.


Yeniavaz.com
 açıqlanan rəsmi məlumata istinadən bildirir ki, ötən ilin eyni dövrü ilə müqayisdə itkiyə gedən elektrik enerjisinin həcmi 2,3% və ya 52,4 milyon kVt-saat artıb.
Belə ki, 2022-ci il ərzində 2 milyard 185,6 milyon kVt-saat elektrik enerjisi itkiyə gedib.
Bildiyimiz kimi, elektrik enerjisinin daxili bazardakı qiyməti 8 (200 kVt/saat-a qədər), 9 (200- 300 kVt/saat olduqda) və 13 qəpiyə (300 kVt/saat-dan artıq olduqda) bərabərdir.
Bu isə o deməkdir ki, ölkə daxilində elektrik enerjisinin orta tarifi 10 qəpik təşkil edir.
İtkiyə gedən elektrik enerjisi dəyərini daxili bazardakı qiymət ilə (10 qəpik) hesablasaq, o zaman itkiyə gedən elektrik enerjisi 223,8 milyon manata bərabər olacaq.
Açıqlanan məlumatlar göstərir ki, son 4 ildə itkiyə gedən elektrik enerjisinin həcmi davamlı olaraq artır:
2020-ci ildə -  2 042,2 milyon kVt-saat
2021-ci ildə -  2 146,9 milyon kVt-saat
2022-ci ildə -  2 185,6 milyon kVt-saat
2023-cü ildə -  2 238 milyon kVt-saat

Məlumat üçün onu da bildirək ki, bu ilin oktyabr ayının 5-də Baş nazir Əli Əsədov “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Balababa (Baba) Rzayevə şiddətli töhmət verib. “Azərenerji” prezidentinə töhmət verilməsinin səbəbi 2024-cü il üzrə təsdiq edilən yanacaq-enerji balansında qazdan istifadənin istiqamətlərini pozaraq müvafiq qaydada razılaşdırmadan elektrik enerjisini ixrac etməsi olub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib