Dərc edilib: 27-10-2024

https://www.nuh.az/39063-.html

Serbiya heç vaxt NATO üzvü olmayacaq - Popoviç

27.10.2024 13:15:01

LIVE

Serbiya NATO üzvü olmayacaq.

Axar.az xəbər verir ki, bunu Serbiya hökumətində beynəlxalq iqtisadi əməkdaşlığa məsul nazir Nenad Popoviç deyib.

“25 il əvvəl Serbiya sakinləri NATO-nun bombardmanının qurbanı oldu və Belqrad tamamilə dağıdıldı. Bundan sonra da sizi əmin edirəm ki, Serbiya heç vaxt NATO-nun üzvü olmayacaq”, - Popoviç bildirib.

Onun sözlərinə görə, avrointeqrasiyaya baxmayaraq, Serbiya BRİKS ölkələri ilə ikitərəfli mmünasibətlərin inkişafını dayandırmaq niyyətində deyil.

NUH informasiya agentliyi səhifəsindən çap edilib