Dərc edilib: 28-10-2024

https://www.nuh.az/39084-.html

Milli Məclisdə yeni təyinat (FOTO)

28.10.2024 14:46:53

LIVE

Milli Məclisdin Aparatında yeni təyinat həyata keçirilib.

Modern.az-ın əldə etdiyi məlumata görə, Milli Məclis Aparatının İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsinə yeni müdir müavini təyin edilib.
 
Sözügedən vəzifəyə Ağaəli Ağayev gətirilib. O, əvvəllər sözügedən şöbədə təhlil və analitika sektorunun müdiri olub. Ağaəli Ağayev hazırda hər iki vəzifəni icra edir.
Qeyd edək ki, Ağaəli Ağayev dövlət qulluğunun müşaviri ixtisas dərəcəsinə malikdir. 1985-ci il təvəllüdlü dövlət qulluqçusu ixtisasca hüquqşünasdır.
 

NUH informasiya agentliyi səhifəsindən çap edilib