Dərc edilib: 30-10-2024

https://www.nuh.az/39116-.html

Ərdoğandan müsəlman ölkələrinə ÇAĞIRIŞ

30.10.2024 18:20:20

LIVE

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan üzləşdikləri çətin sınaqlardan uğurla çıxmaq üçün müsəlman ölkələrini həmrəyliyə çağırıb.

Dövlət başçısı Prezident iqamətgahında çıxışı zamanı müsəlman dünyasının bu gün çox ciddi sınaqdan keçdiyini bildirib.

Ərdoğan deyib ki, illərdir nümunə kimi göstərilən beynəlxalq təşkilatlar da bu sınaqdan uğurla çıxa bilmir:

"Beynəlxalq təşkilatlar dünyada baş verənlərə reaksiya göstərmir. Bu, onu deməyə əsas verir ki, beynəlxalq hüquq öz yerini cəngəllik qanunlarına verib".//Report

NUH informasiya agentliyi səhifəsindən çap edilib