Dərc edilib: 04-11-2024

https://www.nuh.az/39170-.html

Rusiyada əslən azərbaycanlı general həbs edildi - Video

04.11.2024 13:16:24

LIVE

Rusiyanın Moskva şəhərində Rusiya Qvardiyasının Təchizat İdarəsinin müavini, əslən azərbaycanlı olan general-mayor Mirzə Mirzəyev korrupsiya ittihamı ilə həbs edilib.


NUH.az    “Musavat”a istinadən xəbər verir ki, 52 yaşlı Mirzə Mirzəyev Cənub bölgəsi komandanının keçmiş müavini olub və tez tikilə bilən binaların modulları üçün təchizatçılardan 140 milyon rubl (təxminən 1.4 milyon dollar) tələb edib. Əks halda, 480 milyon rubl (təxminən 4.8 milyon dollar) dəyərində olan müqaviləni ləğv edəcəyi ilə hədələyib.

Təchizatçı şirkət, Mirzəyevə pulları vasitəçi yolu ilə çatdırsa da, o, sonradan saxlanılıb. Mirzəyevin hüquq müdafiəçiləri onun ev dustaqlığında saxlanılması tələbi ilə çıxış ediblər, lakin məhkəmə onun törətdiyi cinayətin xarakterini nəzərə alaraq həbsxanaya göndərilməsinə qərar verib. General-mayor Mirzə Mirzəyev 2025-ci ilin yanvarın 2-dək həbsdə qalacaq.

NUH informasiya agentliyi səhifəsindən çap edilib