Dərc edilib: 10-11-2024

https://www.nuh.az/39201-.html

İraqda yeni qanun layihəsi- Qızları 9 yaşında ƏRƏ verəcəklər

10.11.2024 16:19:14

Kriminal

İraqda yeni qanun layihəsinə əsasən, qızlar üçün razılıq yaşı 9-a endiriləcək və bu, uşaq yaşda evliliklərə qanuni zəmin yaradacaq.

Musavat.com "The Telegraph"a istinadən xəbər verir ki,  qanun layihəsi, həmçinin qadınların boşanma, uşaqlara qəyyumluq və miras hüquqlarını məhdudlaşdıracaq. Layihə artıq ikinci oxunuşdan keçib.

İraqın mühafizəkar partiyası bu dəyişikliklərin İslam qanunlarına uyğun olduğunu və qızları əxlaqsız münasibətlərdən qorumağa yönəldiyini iddia edir. Bu təklif ölkə daxilində və xaricində geniş müzakirələrə və tənqidlərə səbəb olub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib