Dərc edilib: 13-11-2024

https://www.nuh.az/39225-.html

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi FUTBOL oynayarkən ÖLDÜ

13.11.2024 22:58:28

LIVE

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyev vəfat etdi

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyev vəfat edib. 
Qaynarinfo xəbər verir ki, S. Hacıyev bu gün Bakıdakı meydançaların birində futbol oynayarkən səhhəti anidən pisləşib. Hadisə yerinə təcili tibbi yardım çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. O, ürək tutmasından vəfat edib. 
Xatırladaq ki. S.Hacıyev 1961-ci ildə anadan olub. O, uzun müddət hüquq-mühafizə orqanlarında müxtəlif vəzifələrdə çalışıb, daha sonra fəaliyyətini hakim kimi davam etdirib. 2018-ci ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib