Dərc edilib: 26-11-2024

https://www.nuh.az/39357-.html

TƏCİLİ: Mingəçevir su anbarında ZƏLZƏLƏ

26.11.2024 10:22:32

LIVE

Gəncə stansiyasından 41 km şimal-şərqdə Mingəçevir su anbarında noyabrın 26-da zəlzələ qeydə alınıb.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.

Qeyd edilib ki, yerli vaxtla saat 09:16-da qeydə alınan yeraltı təkanların maqnitudası 3.1-ə bərabər olub.

Zəlzələ ocağı 21 kilometr dərinlikdə yerləşib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib