Dərc edilib: 26-11-2024

https://www.nuh.az/39360-.html

Qız qaçıran evli şəxs avtomobilin baqajında ölü tapıldı

26.11.2024 12:00:34

LIVE

Yevlaxda qız qaçıran şəxs avtomobilin baqajında ölü tapılıb.

"Report”un xəbərinə görə, evli olan, 1988-ci il təvəllüdlü Azər Quliyev sevgi münasibətində olduğu 1996-cı il təvəllüdlü N.Ş-ı (ad, soyad şərtidir) qaçırıb.
Ötən gün qızın qardaşları bacılarının arxasınca Abşeron rayonu Qobu qəsəbəsinə gəliblər.
Onlar burada Azər Quliyevi döyərək xəsarətlər yetirib, daha sonra əl-ayağını iplə bağlayaraq avtomobilin baqajında Yevlax şəhərinə gətiriblər.
Yevlaxda Azər Quliyevi avtomobilin baqajından düşürən zaman onun öldüyü məlum olub.
Faktla bağlı cinayət işi başlanılıb, hadisəni törədənlər saxlanılıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib