Dərc edilib: 30-11-2024

https://www.nuh.az/39411-.html

DİQQƏT: Bakıda 8-9 ballıq zəlzələ təhlükəsi olan ərazilər var VİDEO

30.11.2024 10:52:54

LIVE

Azərbaycanda ərazilərin seysmik təhlükə xəritəsi hazırlanıb.

Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli "Xəzər Xəbər"ə açıqlamasında bildirib ki, sözügedən xəritə modeli artıq bir sıra inkişaf etmiş ölkələrdə istifadə olunur. Bu isə tikinti işləri zamanı xüsusən binaların təhlükəsiz ərazilərdə inşa edilməsinə şərait yaradır.

Qurban Yetirmişli bildirib ki, paytaxt ərazisində 8-9 ballıq ərazilər var. Sözügedən xəritə əsasında bu ərazilər müəyyənləşdirilib və faiz dərəcəsi ilə qiymətləndirilib.

Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru onu da əlavə edib ki, zəlzələ zamanı təhlükəli hesab olunan ərazilərlə bağlı da mütəmadi olaraq təhlillər aparılır, torpaq qatı araşdırılır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib