Dərc edilib: 01-12-2024

https://www.nuh.az/39463-.html

Ərdoğan 2027-ci ildə İSTİSNA NAMİZƏD kimi yenidən namizədliyini irəli sürə bilər

01.12.2024 19:29:23

LIVE

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sonuncu dəfə prezidentliyə namizədliyini irəli sürə bilər”. 

“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyə liderinin birinci müşaviri Mehmet Uçum “X” hesabında məlumat verib.

“Prezident seçkilərində müstəsna namizədlik” başlıqlı yazısında “2027-ci ilin ikinci yarısında 360 millət vəkili ilə seçkiləri yeniləməyə qərar verərsə, prezident Ərdoğan yenidən namizəd ola bilər, yəni- sonuncu dəfə”.

Uçum bildirib ki, bu, “istisna namizədlik” halı kimi baş verə bilər.

NUH informasiya agentliyi səhifəsindən çap edilib