Dərc edilib: 02-12-2024

https://www.nuh.az/39477-.html

Yeni ildə 7 gün ardıcıl İŞ OLMAYACAQ - Tarixlər

02.12.2024 01:29:42

LIVE

ş və istirahət günlərinin yerləri dəyişdirilib.

NUH.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.
Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 30 dekabr və 2025-ci il 3 yanvar iş günləri ilə müvafiq olaraq 2024-cü il 28 və 29 dekabr istirahət günlərinin yerləri dəyişdirilib.
Qeyd edək ki, bir həftə ardıcıl - 30 dekabr və 31 dekabr 2024-cü il, 1 yanvar, 2 yanvar, 3 yanvar, 4 yanvar və 5 yanvar 2025-ci il qeyri-iş günləri olacaq.
Yeni ilin ilk iş günü yanvarın 6-sına təsadüf edəcək.

NUH informasiya agentliyi səhifəsindən çap edilib