Dərc edilib: 04-12-2024

https://www.nuh.az/39541-.html

36 il həbsdə qalan kişi 104 yaşında azad edilib

04.12.2024 22:39:08

LIVE

Uzunömürlü hindistanlı 36 il həbsxanada qalaraq 104 yaşında həbsdən azad edilib.


Yeniavaz.com
 xəbər verir ki, bu barədə PTI agentliyi məlumat yayıb.
Rasikt Mondal adlı kişi torpaq üzərindəki mübahisə ilə əlaqədar qardaşını öldürdüyü üçün 1988-ci ildə həbs edilib.
“Neçə il həbsdə yatdığımı xatırlamıram. Sanki heç bitməyəcəkdi. Məni bura nə vaxt gətirdiklərini belə xatırlamıram. Hələ də sağlamam, həyətdəki kiçik bağçada bitkilərə qulluq edə bilirəm. Ailəm və nəvələrim üçün darıxmışam. Mən onlarla yaşamaq istəyirəm”, - deyə azadlığa buraxılan Mondal bildirib.
Qohumları və saxlandığı həbsxananın əməkdaşları onun 104 yaşında olduğunu təsdiqləyiblər.

NUH informasiya agentliyi səhifəsindən çap edilib