Dərc edilib: 07-12-2024

https://www.nuh.az/39599-.html

Lerikdə icra nümayəndəsi NİYƏ ÖZÜNÜ ASIB ?

07.12.2024 10:20:03

LIVE

Lerikdə vəzifəli şəxsin ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub.

APA-nın verdiyi məlumata görə 30 yaşlı Şəfiq Əliyev günorta 13:00 radələrində işdə, ona verilən tapşırığı yerinə yetirmək üçün əraziyə çıxdığını bildirib.

Bundan sonra onun telefonuna zəng çatmayıb. Axşam saat 19:00 radələrində, yaxınları tərəfindən axtarılan icra nümayəndəsinin avtomobili Boykənd kənd qəbirstanlığının qapısında aşkarlanıb.

Ş.Əliyevin axtarışında olan yaxınları, qəbirstanlığı axtarmağa başlayıblar. Axtarışlar nəticəsində onun meyiti qəbirstanlığın içində ağacdan asılı vəziyyətdə tapılıb.

Meyit daxili və xarici müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib