Dərc edilib: 08-12-2024

https://www.nuh.az/39635-.html

Türkiyədə yaşayan suriyalılar Əsəd rejiminin süqutunu BELƏ QARŞILADILAR - VİDEO

08.12.2024 13:59:28

LIVE

İstanbulda yaşayan suriyalılar 61 illik Suriya rejiminin süqut etməsini sevinclə qarşılayıblar.

Musavat.com xəbər verir ki, Fatih və Esenyurt rayonlarında keçirilən tədbirlərdə izdiham yaşanıb.

Suriyalılar ərəb mahnıları sədaları altında öz bayraqlarını dalğalandıraraq avtomobil karvanları təşkil ediblər.

Bəzi yerlərdə Suriya bayrağının yanında Türkiyə bayrağının da dalğalandırılması diqqət çəkib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib