Dərc edilib: 11-12-2024

https://www.nuh.az/39655-.html

Azərbaycanla Ermənistan sülh üçün son mərhələdədir

11.12.2024 11:39:54

LIVE

“Azərbaycan və Ermənistan arasında sülhün təmin edilməsində son mərhələyə gəlmişik”.

“Qafqazinfo” “Milliyet” nəşrinə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxışında bildirib.

“Cənubi Qafqaz bölgəsində sülh üçün bir ümid işığı var. Azərbaycanla Ermənistan arasında sülhün təmin edilməsinin son mərhələsindəyik. Ölkəmiz ikitərəfli danışıqları dəstəkləyir”, – o qeyd edib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib