Dərc edilib: 13-12-2024

https://www.nuh.az/39687-.html

Azərbaycanda hərbi xidmətə çağırış müddətinin yuxarı yaş həddi endirilir

13.12.2024 11:03:36

LIVE

Hərbi xidmətə çağırış müddətinin yuxarı həddi 35 yaşdan 30 yaşa endirilir.

"Report” xəbər verir ki, bununla bağlı "Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik edilməsi təklif edilib.
Təklif olunan dəyişikliyə əsasən, çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 30 yaşınadək Azərbaycanın kişi cinsli vətəndaşları olacaq.
Xatırladaq ki, hazırkı qanunvericiliyə görə həmin yaş həddi 18 yaşından 35 yaşınadəkdir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib