Dərc edilib: 15-12-2024

https://www.nuh.az/39711-.html

Ukraynada terror aktı törədən şəxsin kimliyi bilindi - ERMƏNİDİR

15.12.2024 11:37:16

LIVE

Ötən gün (14 dekabr) Ukraynanın Dnepr şəhərində baş verən terror aktını erməni Voskanyan törədib.

Musavat.com xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Qeyd edilib ki, 37 yaşlı Ruben Voskanyan artıq Ukrayna Milli Polisi tərəfindən saxlanılıb. İlkin məlumatlara görə, saxlanılan şəxs Rusiya xüsusi xidmət orqanlarının göstərişi ilə hərəkət edib.

Onu ömürlük həbs gözləyir.

Xatırladaq ki, Dneprdə törədilən terror aktı nəticəsində bir hərbçi həlak olub, iki polis yaralanıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib