Dərc edilib: 27-12-2024

https://www.nuh.az/39846-.html

Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni direktoru - Səkinə Sadıxova

27.12.2024 19:31:31

LIVE

Vüqar Qurbanovdan yeni təyinat

Abşeron Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib.
NUH.az    xəbər verir ki, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə bu vəzifə Səkinə Sadıxovaya həvalə olunub.
Qeyd edək ki, S. Sadıxova daha əvvəl Sumqayıt şəhər Səhiyyə şöbəsinin müdiri və Sumqayıt Tibb Mərkəzinin direktoru kimi çalışıb. O, yeni təyinatınadək TƏBİB-in İcraçı direktorunun müşaviri kimi fəaliyyət göstərib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib