Dərc edilib: 04-01-2025

https://www.nuh.az/39935-.html

Almaniya ölkələrinə dönən HƏR suriyalıya 1200 avro verəcək

04.01.2025 12:43:50

LIVE

Almaniya Daxili İşlər Nazirliyi ölkələrinə qayıtmaq istəyən suriyalılara 1200 avro dəstək verməyi planlaşdırır.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb hazırda Almaniyaya köçmüş 1 milyondan çox suriyalının ölkələrinə qayıtmasını sürətləndirməkdir. 

Nazirliyin açıqlamasına görə, Almaniyanı tərk etmək istəyən hər bir şəxsə 200 avro yol xərci, həyat şəraitini yaxşılaşdırmaq üçün isə 1000 avro nəzərdə tutulub.

Qeyd edək ki, ötən ay Suriyada 61 illik Əsəd rejiminin iflasının ardınca başda Türkiyə olmaqla dünyanın bir çox ərazisində məskunlaşan suriyalılar öz torpaqlarına geri dönür.

NUH informasiya agentliyi səhifəsindən çap edilib