Dərc edilib: 05-01-2025

https://www.nuh.az/39948-.html

Abxaziyada ailə faciəsi - 5 uşaq öldü

05.01.2025 15:36:32

LIVE

Abxaziyada fərdi evdə yanğın hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Rusiya KİV məlumat yayıb.

Məlumata əsasən, yanğın nəticəsində 5 uşaq ölüb.

Yanğına səbəb, evdə 5 uşaqla tək qalan nənənin sobanı yandırmaq istəyi olub. O, benzini dizellə səhv salıb. Həmin an taxta ev yanıb. Hadisə vaxtı yuxuda olan 5 uşağı xilas etmək mümkün olmayıb. 

Qeyd edək ki, uşaqlardan ən kiçiyi 4 aylıq olub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib