Dərc edilib: 07-01-2025

https://www.nuh.az/39969-.html

Tbilisidə növbəti etiraz aksiyası başlayıb

07.01.2025 00:42:35

LIVE

Gürcüstanın paytaxtında hökumət əleyhinə növbəti etiraz aksiyası başlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə RİA Novosti yazır.

Agentliyin məlumatına görə, Tbilisidə keçirilən nümayişlə əlaqədar mərkəzi Rustaveli prospektində avtomobillərin hərəkəti dayandırılıb.

Zamanla mitinqə şəhərin müxtəlif kilsələrindən Milad yürüşünün iştirakçılarının qoşulacağı gözlənilir. Materialda deyilir ki, onlar artıq Rustaveli prospektinə doğru hərəkət ediblər.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib