Dərc edilib: 08-01-2025

https://www.nuh.az/39976-.html

Balakəndə ferma YANDI: 5000 cücə TƏLƏF OLDU

08.01.2025 12:26:27

LIVE

Balakəndə cücə fermasında yanğın olub, 5 min cücə yanaraq tələf olub.


NUH.аz   APA-ya istinadla xəbər verir ki, gecə saat 04:30-da rayonun Tülü kəndində, kənd sakini Vüsal İsmayıl oğlu İsmayılovun yaşadığı evin həyətyanı sahəsində inşa olunan ümumi sahəsi 96 kvadratmetr olan cücə fermada yanğın baş verib.

Yanğının söndürülmasi üçün əraziyə Balakən Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub.

Yanğın nəticəsində fermanın tavanı və dam örtüyü yanıb, sexdə olan 5 min ədəd cücə yanaraq tələf olub.

Faktla bağlı araşdırma aparılır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib