Dərc edilib: 09-01-2025

https://www.nuh.az/40001-.html

Bаkıdа narkopriton aşkarlanıb, 12 nəfər saxlanılıb

09.01.2025 20:27:58

LIVE

Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində Şüvəlan qəsəbəsi ərazisində narkotik vasitələrin qəbul edildiyi məkan aşkarlanıb.

Musavat.com xəbər verir ki, tədbir zamanı narkotiklərin istifadəsinə şərait yaradan ev sahibi Hikmət Aslanov və həmin ünvanda narkotik vasitələr qəbul edən daha 12 nəfər saxlanılıb.

Qeyd edilən məkana baxış zamanı müxtəlif növ narkotik maddə, psixotrop maddə və onların prekursorları aşkarlanaraq götürülüb. Faktla əlaqədar Xəzər Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib