Dərc edilib: 10-01-2025

https://www.nuh.az/40015-.html

Azərbaycanda general-mayor işdən çıxarıldı - FOTO

10.01.2025 19:41:21

LIVE

Nəqliyyatda Baş Polis İdarəsinin Hava Nəqliyyatında Polis İdarəsinin rəisi, general Novruz Novruzov işdən çıxarılıb.

 
Bizim.Media-nın əldə etdiyi məlumata görə, bununla bağlı Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

 

Əmrə əsasən, polis general-mayor Novruz Usub oğlu Novruzov daxili işlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.

Qeyd edək ki, Novruz Novruzov 2008-2009-cu illərdə DİN-nin Kadrlar Baş idarəsinin rəisi vəzifəsində çalışıb.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib