Dərc edilib: 12-01-2025

https://www.nuh.az/40045-.html

Burun əməliyyatından sonra komaya düşən Nəzrin vəfat etdi

12.01.2025 14:12:05

LIVE

Burun çəpərindəki əyriliyi aradan qaldırmaq üçün əməliyyat olunan 30 yaşlı Nəzrin Mansurova komadan ayılmayıb və vəfat edib.

NUH.az   xəbər verir ki, bu barədə Modern.az-a mərhumun ailəsi məlumat verib.

 
Ailənin sözlərinə görə, əməliyyatdan sonra Nəzrinin vəziyyəti sürətlə pisləşib və beyninə çirk yayılıb.

Xatırladaq ki, yanvarın 3-də cərrah Sənan Mehdiyev tərəfindən keçirilən əməliyyatdan bir gün sonra onun vəziyyəti ağırlaşıb. 

Qeyd edək ki, bu, cərrah S.Mehdiyevlə bağlı ilk hadisə deyil. 2015-ci ilin martında həmin həkimin əməliyyat etdiyi 18 yaşlı Leyla Mürsəlova klinikada vəfat etmişdi. Ailəsinin uzun müddət davam edən şikayətlərindən sonra hadisə araşdırıldı və S.Mehdiyev 8 ay 23 gün müddətinə azadlıqdan məhrum edildi. Lakin onun azadlıqdan məhrumetmə cəzası əvvəllər barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ilə əvəzləndi və cəzası çəkilmiş hesab olundu.

NUH informasiya agentliyi səhifəsindən çap edilib