Dərc edilib: 13-01-2025

https://www.nuh.az/40062-.html

Abşeronda fəhlələrin üzərinə hasar aşdı - Biri öldü

13.01.2025 15:24:19

LIVE

Abşeronda Pakistan vətəndaşı bədbəxt hadisə nəticəsində ölüb.


NUH.az    Report-a istinadən xəbər verir ki, hadisə Abşeronda yerləşən zavodlardan birində qeydə alınıb.

Zavodda fəhlə işləyən Pakistan vətəndaşı, 2003-cü il təvəllüdlü Harı Prakashın üzərinə beton hasar aşıb.

Harı Prakash xəstəxanada ölüb. Digər Pakistan vətəndaşı olan fəhlə isə Sumqayıtda xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib