Dərc edilib: 15-01-2025

https://www.nuh.az/40087-.html

Elm və Təhsili Nazirliyi 77 milyonluq hazır yemək alır

15.01.2025 19:27:14

İqtisadiyyat

Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi "Depot" şirkəti ilə satınalma müqaviləsi bağlayıb. 

Qaynarinfo-nun məlumatına görə, müqavilədə hazır yeməklərin satın alınması nəzərdə tutulur. 
Müqavilənin maliyyə dəyəri 76 999 093,94 manatdır. 
"Depot" şirkəti haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. Hətta vergi sistemində şirkət barədə məlumatlara rast gəlinmir. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib