Dərc edilib: 29-01-2025

https://www.nuh.az/40244-.html

Prezident İlham Əliyev 1 saylı seçki məntəqəsində səs verib

29.01.2025 09:33:10

Siyasət

Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçirilir.

Musavat.com xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərinin 7 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 1 saylı seçki məntəqəsində səs verib.

Prezident İlham Əliyev səsvermə otağına daxil olub seçki bülletenini alaraq kabinəyə keçdi və sonra bülleteni qutuya salıb.

Qeyd edək ki, Bakı şəhərinin 7 saylı Səbail seçki dairəsinin 1 saylı seçki məntəqəsində 576 seçici qeydiyyata alınıb. Bu seçki dairəsi üzrə 31 namizəd mübarizə aparır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib