Dərc edilib: 01-02-2025

https://www.nuh.az/40296-.html

Hikmət Hacıyev İrana GETDİ - Mühüm görüşlər keçirdi FOTO

01.02.2025 21:54:45

Dünya

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İran İslam Respublikasına səfər edib.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfirliyi məlumat yayıb.

Qeyd edilib ki, Hikmət Hacıyev İran İR Prezidentinin müşaviri Mehdi Sənayi ilə görüşüb, ikitərəfli əlaqələr və regional əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıb.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib