Dərc edilib: 06-02-2025

https://www.nuh.az/40398-.html

Kolleclərdə -Müəllimlik- ixtisası ləğv olunacaq - Nazir AÇIQLADI

06.02.2025 14:05:16

Dünya

Azərbaycanda kolleclərdə “Müəllimlik” ixtisası mərhələli şəkildə ləğv olunacaq.

Musavat.com xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev AzTV-yə müsahibəsində məlumat verib.

Nazir qeyd edib ki, bu dəyişiklik müəllimlik peşəsinin keyfiyyətini yüksəltmək və rəqabət mühitini gücləndirmək məqsədi daşıyır.

Onun sözlərinə görə, hazırda kimya, fizika, biologiya və riyaziyyat kimi fənlərin müəllimləri yalnız ali təhsil müəssisələrində hazırlanır. Kolleclər isə əsasən ibtidai sinif, musiqi və təsviri incəsənət müəllimlərinin yetişdirilməsi ilə məşğuldur.

Nazirin sözlərinə əsasən, gələcəkdə kolleclərdə ibtidai sinif və məktəbəqədər təhsil üzrə müəllim hazırlığına da məhdudiyyətlər tətbiq ediləcək.

NUH informasiya agentliyi səhifəsindən çap edilib