Danışıqlardan sonra Ukraynaya KÜTLƏVİ ZƏRBƏ - 500-dən çox ev, uşаq bаğçаsı...
Rusiya ordusunun Odessa şəhərinə hücumu nəticəsində 500-dən çox ev işıqsız və istiliksiz qalıb.
Musavat.com xəbər verir ki, bu barədə şəhərin meri Gennadi Truxanov bildirib.
"Düşmənin hücumu nəticəsində 14 məktəb, 13 uşaq bağçası və böyük yaşayış sahəsi - 500-dən çox ev işıqsız və istiliksiz qalıb... Uşaq poliklinikasına və uşaq bağçasına xeyli ziyan dəyib", - deyə o Telegram-da yazıb.
Şəhər merin sözlərinə görə, hakimiyyət orqanları çadırlar qurur, kommunal xidmətlər isə hücumun nəticələrini aradan qaldırır. Bir qurbanın artıq xəstəxanada olduğu məlum olub.
"Bu gün, fevralın 19-da istilik və elektrik enerjisi olmayan təhsil ocaqları vəziyyət düzəlməyənə qədər uşaqları qəbul etməyəcək. İstilik məntəqələri işləyəcək, burada isinmək, cihazları yükləmək və isti çay içmək mümkündür. Səbr edin!", - mer əlavə edib.