Dərc edilib: 19-02-2025

https://www.nuh.az/40572-.html

Azərbaycan 15,47 TON göyərçini ƏTİNİ xaricə satıb

19.02.2025 20:49:46

LIVE

Son iki ildə Azərbaycanla Türkmənistan arasında diri göyərçin ticarətinin artması müşahidə olunur.

Musavat.com Dövlət Statistika Komitəsinin xarici ticarət statistikasına istinadən xəbər verir ki, 2023-cü ildən Azərbaycandan Xəzərin o tayına diri göyərçin daşınmasına başlanıb.

Həmin il türkmənlərə 100 diri göyərçin satıb, bundan 380 dollar gəlir əldə etmişik.

2023-cü ildə Türkmənistandan alınan 60 göyərçin üçün 180 dollar ödəmişik. 2024-cü ildə isə Aşqabada 444 göyərçin “uçurub”, 1530 dollar qazanmışıq.

Maraqlıdır ki, ölkəmizə getdikcə daha çox ev göyərçini əti idxal olunur. Belarusdan reallaşan bu idxalın həcmi 2022-ci ildə 18,16 ton olubsa, 2023-cü ildə bu, 26,66 tona, 2024-cü ildə isə 33,63 tona çatıb. Ötən il göyərçin ətinin 1 kiloqramını 2,2 dollara almışıq. Eyni zamanda idxal coğrafiyası da genişlənib – Fransadan 180 kq belə ət almışıq.

2024-cü ildə Azərbaycan 15,47 ton ev göyərçini ətini xaricə 327,33 min dollara satıb – 1 kiloqramı 21,2 dollara. Bu həcmin 9,4 tonu İtaliyaya, 5,42 tonu Fransaya, 0,65 tonu isə İspaniyaya satılıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib