Dərc edilib: 21-02-2025

https://www.nuh.az/40593-.html

Azərbaycan Prezidenti Hulusi Akarı qəbul edib

21.02.2025 11:50:16

Siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 21-də Türkiyə Böyük Millət Məclisinin deputatı, parlamentin Milli müdafiə komissiyasının sədri, Türkiyə Respublikasının sabiq milli müdafiə naziri Hulusi Akarı qəbul edib.

Musavat.com xəbər verir ki, söhbət zamanı iki ölkə arasında qardaşlıq, dostluq və strateji müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, parlamentlərarası əməkdaşlığın daha da genişləndirilməsi məmnunluqla qeyd olunub.

Hulusi Akar dövlət başçısına xatirə hədiyyəsi təqdim edib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib