Dərc edilib: 25-02-2025

https://www.nuh.az/40690-.html

Gəncədə şok hadisə: Əlindəki ziyili götürtmək istədi, şoka düşərək öldü

25.02.2025 16:16:08

LIVE

Əlindəki ziyili götürmək üçün Gəncə Şəhər Beynalxalq Xəstəxanasına müraciət edən Türkan Balakişizadə elə oradaca dünyasını dəyişib.

 

NUH.az   Teleqraf-a istinadən xəbər verir ki, gənc xanım narkozdan sonra allergik şok keçirib.

Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumat üçün bildirək ki, T.Balakişizadə əslən Kəlbəcər rayonundan olsa da, Gəncə şəhərində yaşayıb.

Azərbaycan Beynəlxalq Bankının (ABB) işçisi olub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib