Dərc edilib: 27-02-2025

https://www.nuh.az/40720-.html

7 məscidə din xadimi təyin olundu

27.02.2025 00:12:05

LIVE

Azərbaycanda İslam dininə aid ibadət yerlərində (məscidlər) fevralın 26-da vakant vəzifələrin tutulması üçün keçirilən müsahibənin nəticələri açıqlanıb.

Bu barədə 7Times.az-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

 

Bildirilib ki, vakant vəzifələrin tutulması üçün keçirilən müsahibədə 16 namizəddən biri iştirak etməyib:

“Digər 15 nəfərdən yeddisi müsahibədən keçib, səkkizi isə zəruri keçid balını toplaya bilməyib”.

Bununla da Şəki və Şirvandakı bəzi məscidlərə yeni din xadimləri seçilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib