Dərc edilib: 07-03-2025

https://www.nuh.az/40871-.html

Daha bir məktəb direktoru işdən çıxarıldı

07.03.2025 20:03:06

LIVE

Gəncə şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru Gülbəniz Bayramova tutduğu vəzifədən azad edilib. 

“Qafqazinfo”nun məlumatına görə, o, işində yol verdiyi nöqsanlara gözə vəzifəsindən uzaqlaşdırılıb.

Qeyd edək ki, G.Bayramova ötən il sözügedən məktəbə direktor təyin olunub. Ona bir müddət öncə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən şiddətli töhmət və sonuncu xəbərdarlıq verilib. İşdən çıxarılan məktəb ditektoru Mehdi Mehdizadə adına 4 nömrəli orta məktəbdə müəllimə kimi də işləyib.

Xatırladaq ki, bir neçə gün əvvəl Bakıda səsyazısı yazılan 231 nömrəli tam orta məktəbin direktoru Lamiyə İlhamsoy vəzifəsindən azad edilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib