Dərc edilib: 15-03-2025

https://www.nuh.az/40958-.html

ABŞ uyğurlara görə Tailandı CƏZALANDIRDI

15.03.2025 15:06:07

LIVE

ABŞ Dövlət katibi Marko Rubio Tailand rəsmilərinə qarşı sanksiyalar tətbiq edildiyini elan edib.

Musavat.com xəbər verir ki, buna səbəb onların azı 40 uyğurun Çinə deportasiyasında iştirakı olub.

Vaşinqtonun fikrincə, bu müsəlman icmasının nümayəndələri Çində təqiblərlə üzləşəcəklər.

Dövlət Departamenti bəyan edib ki, ABŞ Çinin hökumətlərə təzyiq göstərərək uyğurlar və digər etnik qrupların məcburi şəkildə geri qaytarılmasına çalışmasına qarşı mübarizə aparmaq niyyətindədir. Departamentin açıqlamasında vurğulanıb ki, Çinə deportasiya edilən şəxslər işgəncələrə və məcburi yoxa çıxmalara məruz qala bilər.

NUH informasiya agentliyi səhifəsindən çap edilib