Dərc edilib: 16-03-2025

https://www.nuh.az/40977-.html

Azərbaycanın xalq artisti VƏFAT ETDİ - FOTO

16.03.2025 22:38:50

Reportaj

Xalq artisti Ənvər Həsənov vəfat edib.


NUH.az   xəbər verir ki, bu barədə APA-ya onun ailə üzvləri məlumat verib.

Qeyd edək ki, Xalq artisti Ənvər Həsənov yanvarın 10-da saat 10:15-də halının pisləşməsi səbəbilə Xəzər Tibb Mərkəzinin Terapiya şöbəsinə hospitalizasiya olunub. Ona dəqiqləşdirilməmiş anemiya diaqnozu təyin edilib və ilkin zəruri tibbi xidmət göstərilib. Yanvarın 17-də vəziyyətinin ağırlaşması səbəbilə pasiyent Reanimasiya şöbəsinə köçürülüb. Aparılan diaqnostik müayinələr nəticəsində ona kəskin işemik insult diaqnozu təyin olunub. Yanvarın 18-də vəziyyəti stabilləşən Xalq artisti tibb müəssisəsinin Nevrologiya şöbəsinə köçürülüb. Fevralın 3-ü isə Xəzər Tibb Mərkəzindən Reabilitasiya Mərkəzindən evə buraxılıb.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib