Dərc edilib: 19-03-2025

https://www.nuh.az/41001-.html

Fransızlar bu gün Alman dilində danışmırlarsa, ABŞ-yə minnətdar olmalıdırlar

19.03.2025 01:47:26

LIVE

“Fransa xalqı bu gün alman dilində danışmırsa, ABŞ-yə minnətdar olmalıdır”.
Yeniavaz.com 
xəbər verir ki, bu mövqe ilə Ağ Evin mətbuat katibi Kerolayn Livitt jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə çıxış edib.
O, Amerika tərəfinin Azadlıq heykəlini Fransaya qaytarmağa hazır olub-olmaması ilə bağlı suala “Qətiyyən yox” cavabını verib.
KİV-in məlumatına görə, bu təkliflə daha əvvəl fransalı siyasətçi və Avropa Parlamentinin üzvü Rafael Qluksman çıxış edib. Onun fikrincə, Amerika Prezidenti Donald Trampın xarici və daxili siyasətdə verdiyi qərarlar ABŞ-nin heykəlin simvolizə etdiyi dəyərləri bölüşmədiyini göstərir.
“Mən aşağı rütbəli bu fransız siyasətçisinə xatırlamağı məsləhət görərdim ki, əgər bu gün fransızlar alman dilində danışmırlarsa, bu, yalnız ABŞ sayəsindədir. Onlar buna görə, bizim böyük ölkəmizə çox minnətdar olmalıdırlar”, - Livitt təfərrüatları açıqlamadan əlavə edib.
Böyük ehtimal ki, o, bununla ABŞ-nin İkinci Dünya Müharibəsində iştirakını nəzərdə tutub.
Qeyd edək ki, Azadlıq Heykəli Nyu-Yorkun və ABŞ-nin əsas simvollarından biridir. Abidə 1885-ci ildə Manhetten adasından 3 km cənub-qərbdə yerləşən Yuxarı Nyu-York Limanında Liberti adasında (1956-cı ilə qədər - Bedlou adası) ucaldılıb.
Hündürlüyü 93 metr olan abidə (yerdən məşəlin başına qədər) Fransa xalqının ABŞ xalqına hədiyyəsidir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib