Dərc edilib: 08-04-2025

https://www.nuh.az/41312-.html

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar BU TARİXDƏ ödəniləcək

08.04.2025 10:34:40

LIVE

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) aprelin 10-da Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutub.

Musavat.com xəbər verir ki, bu barədə DSMF məlumat yayıb. 

Qeyd edək ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.

NUH informasiya agentliyi səhifəsindən çap edilib