Dərc edilib: 19-05-2025

https://www.nuh.az/41440-.html

Sumqayıt Şəhər Bələdiyyəsinin sədri dəyişdi

19.05.2025 19:35:27

Maqazin

Bu ilin yanvar ayında formalaşmış Sumqayıt Şəhər Bələdiyyəsinin sədri dəyişib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Orxan Adıgözəlzadə Bələdiyyə sədrliyindən çıxıb. 
O, fəaliyyətini Bələdiyyə sədrinin müavini vəzifəsində davam etdirəcək. Sumqayıtın yeni Bələdiyyə sədri isə Xudadatov Adil Şirindil oğlu seçilib.
Qeyd edək ki, Orxan Adıgözəlzadə 44 günlük "Vətən müharibəsi" iştirakçısıdır. O, "Şuşanın azad olunmasına görə," Xocavəndin azad olunmasına görə"," Füzulinin azad olunmasına görə "," Zəfər " və" Vətən müharibəsi iştirakçısı "medalları ilə təltif edilib.
Adil Xudadatov isə daha əvvəllər Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri vəzifəsində çalışıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib