Prezident İlham Əliyevin Macarıstana işgüzar səfəri başa çatıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstana işgüzar səfəri mayın 21-də başa çatıb.
Musavat.com Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, Budapeştin Ferents List adına Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidentini rəsmi şəxslər yola salıblar.