Dərc edilib: 22-05-2025

https://www.nuh.az/41477-.html

Şahbaz Şərif Azərbaycana gələcək

22.05.2025 20:46:39

Siyasət

Pakistanın Baş naziri Şahbaz Şərif gələn həftə Türkiyə, İran və Azərbaycana səfər edəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə Pakistanın hökumət mənbələri məlumat yayıb.
 
Məlumata görə, səfər çərçivəsində regional təhlükəsizlik, qlobal siyasi iqlim və uzunmüddətli əməkdaşlıq strategiyaları ilə bağlı ətraflı müzakirələr aparılacaq.
Qeyd edilib ki, Şahbaz Şərif İran, Azərbaycan və Türkiyə liderləri ilə görüşəcək. O, Hindistanla artan gərginlikdə göstərdikləri dəstəyə görə onlara təşəkkür edəcək.

NUH informasiya agentliyi səhifəsindən çap edilib